Əbu-Dabidə ABŞ–Rusiya danışıqları “yaxşı gedir”
Ukrayna müzakirə olunan sülh sazişi çərçivəsində Silahlı Qüvvələrinin sayını 800 min hərbçi ilə məhdudlaşdırmağa razılıq verib. Məlumata görə, hazırlanmaqda olan “sülh planı” Rusiyanın maraqları baxımından daha az əlverişlidir və ən həssas məsələləri – ərazilər və təhlükəsizlik təminatlarını – Donald Tramp və Volodimir Zelenskinin qərarına buraxır.
Crossmedia.az bu barədə Financial Times nəşrinə istinadən xəbər verir.
Bu arada ABŞ və Rusiya nümayəndələri arasında Əbu-Dabidə aparılan danışıqların “yaxşı getdiyi” bildirilir. Axios ABŞ ordusu nazirinin sözçüsündən sitat gətirir: “Danışıqlar yaxşı gedir və biz nikbinik”.
Əbu-Dabidə Ukraynanın kəşfiyyat rəhbəri Kirill Budanovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir. Ukrayna tərəfi həm ABŞ, həm də Rusiya rəsmiləri ilə paralel danışıqlar aparır.
Günel Verdiyeva
19:04 25.11.2025
Oxunuş sayı: 1537