Kiyev ABŞ-nin sülh planını əsas götürdü
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, Cenevrədə keçirilən görüşdə Kiyevin müttəfiqləri ABŞ-nin Ukrayna ilə bağlı mövcud planı ilə işləmək qərarına gəlib və alternativ sənəd hazırlamayıblar.
Bu barədə Crossmedia.az ABC News telekanalının ABŞ rəsmisinə istinadən verdiyi məlumata əsasən xəbər verir.
Ukrayna ABŞ-la potensial sülh razılaşmasının şərtləri üzrə razılığa gəlib, yalnız bəzi kiçik detalları həll etmək qalır.
Kiyevin adının açıqlanmasını istəməyən rəsmisi də Reuters agentliyinə müsahibəsində bildirib ki, Ukrayna “əsasən” ABŞ tərəfindən təklif olunan sülh planının çərçivəsini dəstəkləyir.
Fidan Quliyeva
18:55 25.11.2025
Oxunuş sayı: 1094