Türkiyədə BƏƏ-nin casusları saxlanıldı
İstanbulda Birləşmiş Ərəb Əmirlikləri kəşfiyyatı üçün casusluq edən üç nəfər saxlanılıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Əməliyyat İstanbul Təhlükəsizlik İdarəsinin Terrorizmə Qarşı Mübarizə Bölməsi və Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilib.
İlkin məlumatlara görə, saxlanılan şəxslərin BƏƏ maraqlarına xidmət edərək Türkiyədə kəşfiyyat fəaliyyəti apardıqları müəyyən edilib.
Fidan Quliyeva
18:36 25.11.2025
Oxunuş sayı: 1377