Uyğur əsilli diplomat Yaponiya XİN rəhbərinin müavini postuna gətirildi
Arfiya Eri Yaponiya XİN rəhbərinin yeni müavini, Yaponiya xarici siyasət idarəsinin Yaxın Şərq, İslam dünyası və Asiya üzrə idarəsinin yeni direktoru təyin edildi.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Uyğur əsilli diplomat qatı Çin əleyhdarlığı ilə seçilir və yeni Sanae Takaiçi hökümətində xarici siyasət komandasında əsas yeri tutacaq.
"Yaponiya Uyğur türklərinin hüquqlarının qorunmasını hər zaman vacib hesab edib. Uyğurlar öz milli kimliklərini, dillərini və mədəniyyətlərini qorumaq üçün mübarizə aparırlar. Yaponiya onların özünü müdafiə mübarizəsinə dəstəkdir", - deyə, Yaponiya XİN rəhbərinin uyğur əsilli müavini Arfiya Eri qeyd edib.
18:28 25.11.2025
Oxunuş sayı: 1524