ABŞ Kiyevə sülh planını imzalaması üçün təzyiq göstərir – Zelenski razılıq verib
Ukrayna lideri Volodomir Zelenski ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən hazırlanmış sülh planını təzyiq altında qəbul edib.
Crossmedia.az bu barədə Axios-a istinadən xəbər verir.
Zelenski bu planı danışıqlar üçün əsas kimi qəbul etməyə razılaşıb, çünki onu rədd edə bilməyəcəyini bilirdi.
Şərtlər arasında Kiyevin NATO-dan imtina etməsi və Krım, Donetsk və Luqanskın Rusiya əraziləri kimi tanınması(de-fakto) da var. Ağ Ev Kiyevə 27 noyabr Şükranlıq gününə qədər müqaviləni imzalaması üçün təzyiq göstərir.
Daha əvvəl Ukrayna bildirib ki, Kiyev Cenevrədə ABŞ ilə danışıqlar zamanı Vaşinqtonun sülh planının etiraz doğuran bəndlərinin əksəriyyətini dəyişdirə bilib. İki ölkənin nümayəndələri 23 noyabrda görüşüblər.
18:25 25.11.2025
Oxunuş sayı: 1638