Səudiyyə vəliəhdi Tehran-Vaşinqton danışıqlarının vasitəçisi olmağa hazırlaşır
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Tehran və Vaşinqton arasında vasitəçilik edərək nüvə proqramı və sanksiyalar məsələsini həll etməyə çalışır.
Crossmedia.az-ın Əl-Əxbar qəzetinə istinadən verdiyi məlumata görə, bin Salman, bu missiya çərçivəsində ABŞ prezidenti Donald Tramp ilə müzakirələr aparıb və İsrailin prosesin təxribat edə biləcəyi ilə bağlı narahatlığını ifadə edib.
Qərb mənbələrinə istinadla, Salman, ABŞ ilə İran arasında danışıqların bərpası və nüvə razılaşmasının əldə edilməsi məqsədi ilə İslam Respublikası ilə əlaqə saxlayıb.
Parisdə keçiriləcək yüksək səviyyəli görüşün təşkil olunması ilə bağlı razılıq əldə edildiyi bildirilir. Fransa Xarici İşlər Nazirliyi, İran XİN rəhbəri Abbas Əraqçı ilə Parisdə nüvə proqramı və regional məsələləri müzakirə edəcəyini açıqlayıb.
18:15 25.11.2025
Oxunuş sayı: 1040