İran XİN: İsrail və ABŞ-nin hücumları beynəlxalq hüquqa zərbədir
İranın xarici işlər naziri Abbas Əraqçı Haaqada Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilatın (OPCW) baş direktoru Fernando Arias ilə görüşüb. Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə Əraqçı, İsrail və ABŞ-nin hücumlarının beynəlxalq hüquqa və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) ciddi zərbə vurduğunu bildirib.
Son iki ildə İsrailin soyqırımı törətdiyini dilə gətirən Əraqçı qeyd edib ki, “bugünkü dünyada hərbi zorakılıq qanunun yerini tutub”. O, habelə, Kimyəvi Silahlar Konvensiyasının güc və siyasi təzyiq olmadan fəaliyyət göstərməli olduğunu vurğulayıb.
Nazir, İsrailin Kimyəvi Silahlar Konvensiyasının üzvü olmalı və bu müqavilənin xüsusi yoxlamalarına məruz qalmalı olduğunu bildirib.
OPCW, 1997-ci ildə qurulmuş beynəlxalq bir təşkilatdır və əsas məqsədi kimyəvi silahların ləğvini, qadağaların izlənməsini və kimyəvi təhlükələrə qarşı mübarizəni təmin etməkdir.
18:03 25.11.2025
Oxunuş sayı: 972