Əfqanıstan-Pakistan gərginliyi artır: Taliban iddia edir, İslamabad susur
Taliban Pakistan ordusunu Əfqanıstanın Xost əyalətindəki hava hücumu nəticəsində doqquz uşaq daxil olmaqla ən azı 10 mülki şəxsin ölümündə ittiham edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı, Taliban sözçüsü Zəbihullah Mücahid açıqlama verib.
Pakistan tərəfi hələlik bu iddialara rəsmi reaksiya göstərməyib.
Artan gərginlik fonunda, Türkiyənin Pakistandakı səfiri bildirib ki, MİT rəhbəri İbrahim Kalının başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti münaqişənin yumşaldılması məqsədi ilə yaxın günlərdə İslamabada səfər edəcək.
Bundan əlavə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi əli Laricani də oxşar mövzuları müzakirə etmək üçün Pakistana yola düşüb.
17:59 25.11.2025
Oxunuş sayı: 1028