“X” platforması Xameneyinin gizləndiyi yeri ifşa etdi
"X" sosial şəbəkəsində hesabların “coğrafi yer” göstərmə funksiyası İranda böyük sarkazm dalğasına səbəb olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hökumət rəsmilərinin məhdudiyyətsiz internetdən istifadə etdiyinin görünməsi sosial mediada müzakirələri daha da qızışdırıb.
Bu fonda iranlı istifadəçilər istehza ilə ölkənin ali rəhbəri Əli Xameneyinin 12 günlük müharibə zamanı gizləndiyini yazaraq, onun hesabında məkan bölümünü “7-ci yeraltı bunker” kimi göstəriblər.
Qısa müddətdə viral olan bu paylaşımlar həm gülüş, həm də siyasi tənqidlərin mərkəzinə çevrilib.
17:54 25.11.2025
Oxunuş sayı: 1040