Laricani: İran-Pakistan əməkdaşlığı regional sülhə töhfə verir
Bu gün İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Pakistana səfəri zamanı bölgədə sülh və təhlükəsizliyin təmin edilməsində Tehran və İslamabadın əməkdaşlığının önəmini vurğulayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Jurnalistlərə müsahibə verən Laricani Pakistanın bölgədə mühüm rol oynadığını və bu ölkənin təhlükəsizlik məsələlərində strateji mövqeyə malik olduğunu bildirib. O, habelə, İran və Pakistan arasındakı əlaqələrin dərin və tarixi olduğunu qeyd edib.
Laricani, bölgənin dəyişən şəraitində iki ölkənin əməkdaşlığının regional sülhə və əmin-amanlığa müsbət təsir göstərə biləcəyini bildirib və səfəri çərçivəsində aparacağı danışıqlarda bu məsələlərin həllinə ümid etdiyini açıqlayıb.
17:47 25.11.2025
Oxunuş sayı: 877