Rusiya Çin üçün resurs bazasına çevrilməyə hazırdır
“Rosneft”in rəhbəri İqor Seçin bəyan edib ki, Rusiya Çin üçün genişmiqyaslı resurs bazası rolunu oynamağa hazırdır. Onun sözlərinə görə, Çin bu gün artıq “sənaye superdövləti” statusuna yüksəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Seçin Rusiyanın enerji resurslarının Pekinin uzunmüddətli strateji məqsədlərinə çatmasına ciddi dəstək verəcəyini və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşəcəyini bildirib.
Nigar Yahyazadə
17:17 25.11.2025
Oxunuş sayı: 999