ABŞ sülh planını dəyişdi — Rusiya narazıdır
Cenevrə danışıqlarından sonra razılaşdırılan Ukrayna üzrə yenilənmiş Amerika planı 28 bənddən 19 bəndə endirilib və bir sıra ən həssas tələblərdən təmizlənib. Xüsusilə, sənəddən Ukraynanın Donbası Rusiyaya verməli olduğu barədə bənd və digər ərazi müddəaları çıxarılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
Nəşrin məlumatına görə, məhz bu planı ABŞ ordusunun katibi Den Driskoll Əbu-Dabidə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə təqdim edir. Görüşlər dünən başlayıb və bu gün də davam edir. Moskva isə bu məlumatı rəsmi olaraq təsdiqləmir.
Rusiya nümayəndələri yenidən işlənmiş planı “heç bir şey” adlandırıb və onun nizamlanma üçün əsas kimi istifadə edilə bilməyəcəyini bildiriblər.
Kremlin mətbuat katibi Dmitri Peskov isə yalnız bunu deyib:
“Hələ də deyəcək bir şeyimiz yoxdur. Mediadan gələn məlumatları izləyir və təhlil edirik”.
Türkanə Məşədiyeva
17:02 25.11.2025
Oxunuş sayı: 925