Lavrov: Qərb Trampın sülh planını dəyişdirməyə cəhd göstərir
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb ölkələri ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə sülh planını “yenidən yozmağa” çalışır və bu addım prosesin ümumi sabitliyinə ciddi zərbə vurur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Lavrovun sözlərinə görə, sənəddən Alyaskada keçirilən sammit zamanı əldə olunan razılaşmaların çıxarılması vəziyyəti tamamilə dəyişə bilər. O qeyd edib ki, Moskva Vaşinqtondan Avropa və Ukrayna ilə razılaşdırılmış yekun sənədi gözləyir.
Lavrov vurğulayıb ki, planın ilkin məzmununa müdaxilə edilməsi dialoq perspektivini zəiflədə və münaqişənin nizamlanmasına dair bütün səyləri təhlükə altına qoya bilər.
Türkan Kərimli
16:50 25.11.2025
Oxunuş sayı: 1013