İmamoğlu barəsində 2352 ilədək azadlıqdan məhrumetmə istənilir
Ekrem İmamoğlunu 2352 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Crossmedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun sabiq meri Ekrem İmamoğlu ilə əlaqədar aparılan istintaq çərçivəsində məhkəmə 402 şübhəliyə, o cümlədən həbsdə olan 105 şəxsə qarşı ittihamnamə qəbul edib.
İttihamnaməyə görə, İmamoğlu üçün 828 il 2 aydan 2352 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb olunur.
16:00 25.11.2025
Oxunuş sayı: 1050