Suriyada hakimiyyətə qarşı nümayişlər keçirilir
Hazırda Suriyanın sahil əyalətlərində – Tartus Laziqiyyədə hakimiyyətə qarşı nümayişlər keçirilir.
Crossmedia.az xəbər verir ki, Laziqiyyə, Tartus, Safita, Homs, Cəblə şəhərlərində və onların ətraf ərazilərində yaşayan ələvilər və xristianlar Dəməşqdəki hökumətin hücumlarına və repressiyalarına etiraz etmək üçün küçələrə çıxıblar.
Bəzi bölgələrdə silahlı qrupların mülki əhaliyə hücum etdiyi, tələfatın olduğu bildirilir.
16:10 25.11.2025
Oxunuş sayı: 1164