Soydaşımızın Latviyanın Müstəqillik Günü münasibətilə təbriki
Latviyada fəaliyyət göstərən Azəri Gənclər Təşkilatının nümayəndəsi Ələşrəf Abdullayev Latviyanın Müstəqillik Günü münasibətilə yerli ictimaiyyətə təbrik ünvanlayıb. Təbrik məktubu həmin ölkənin mediasında yayımlanıb.
Crossmedia.az xəbər verir ki, təbrikdə bu əlamətdar günün Latviya xalqının sarsılmaz iradəsini, birliyini və gücünü simvolizə etdiyi, eləcə də bu keyfiyyətlərin ölkənin demokratik dəyərlərinin möhkəmlənməsinə, davamlı inkişafına və beynəlxalq aləmdə mövqeyinin güclənməsinə töhfələr verdiyi vurğulanıb.
Azərbaycan və Latviya arasındakı yaxın dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına diqqət çəkilib. "Biz Latviyanın ictimai və mədəni həyatını dəstəkləməyə, qarşılıqlı anlayış, əməkdaşlıq və etimadı təşviq etməyə sadiqik. Qoy bu gün hər kəsə qürur, əminlik və ilham gətirsin”, – deyə qeyd edilib.
15:42 25.11.2025
Oxunuş sayı: 1045