Makron: Sülh sazişindən sonra Kiyev və ya Odessada “sığorta qüvvələri” yerləşdiriləcək
Sülh müqaviləsi imzalandıqdan sonra Kiyevdə və ya Odessada “sığorta qüvvələri”nin yerləşdirilməsi planlaşdırılır. Fransa Prezidenti Emmanuel Makronun sözlərinə görə, bu qüvvələrin tərkibində Britaniya, Fransa və Türkiyədən olan hərbçilər olacaq.
Crossmedia.az xəbər verir ki,qüvvələr NATO deyil, hökumətlərarası koalisiya tərəfindən idarə olunacaq. Onların əsas vəzifəsi Ukrayna hərbçilərinə təlim keçmək və bölgədə təhlükəsizliyin təmin edilməsinə dəstək göstərməkdən ibarət olacaq.
Nastya Qəniyeva
14:10 25.11.2025
Oxunuş sayı: 1090