ABŞ Venesuelanın “Cartel de los Soles”ini terror təşkilatı elan edib
ABŞ “Cartel de los Soles”i terror təşkilatı kimi tanımaqla Venesuela ilə silahlı qarşıdurmaya doğru irəliləyir
ABŞ-nin “Cartel de los Soles” qruplaşmasını terror təşkilatı kimi tanıması Vaşinqtonu Venesuela ilə mümkün silahlı toqquşmaya daha da yaxınlaşdırıb.
Bu barədə Crossmedia.az ABŞ - nin "The New York Times" nəşrinə istinadən xəbər verir.
Administrasiyanın bu qruplaşma barədə apardığı demoqoji ritorika Vaşinqtonun “Kubadakı raket böhranından sonra Karib hövzəsində həyata keçirdiyi ən böyük hərbi səfərbərlik” fonunda xüsusilə narahatlıq doğurur. Heç kim ABŞ-nin Venesuelanı bombalamağa hazırlaşdığını bilmir, lakin artan ritorika təhlükəli siqnallardır.
"Tramp komandasının təzyiq kampaniyası” nəticəsində Venesuela prezidenti Nikolas Maduronun qaçacağına və ya devriləcəyinə ümidlər özünü doğrultmayıb. Bununla belə, “Cartel de los Soles”in terror təşkilatı kimi tanınması Maduro üçün real nəticələr yarada bilər, çünki ABŞ onu Usama bin Laden kimi izləyib zərərsizləşdirməyə cəhd göstərə bilər.
Pərvin Hacıyeva
14:04 25.11.2025
Oxunuş sayı: 1291