Pakistan hərbi qüvvələri Əfqanıstanın Xost, Kunar və Paktika vilayətlərində hava zərbələri həyata keçirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Xost vilayətində yerli sakinlərdən birinin evinin bombalanması nəticəsində azı 9 uşaq və bir qadın həlak olub. Kunar və Paktika vilayətlərində keçirilən reydlər zamanı isə 4 mülki vətəndaş yaralanıb.
Hadisələr yerli sakinlər arasında böyük narahatlıq yaradıb və regionda gərginliyi artırıb.