Qazaxıstan Azərbaycandan iki yük gəmisi alacaq
Qazaxıstan 2027-ci ilə qədər Xəzər dənizi üzərindən konteyner daşımalarını artırmaq məqsədilə Azərbaycandan hər biri 700 konteyner tutumuna malik iki yük gəmisinin alınmasını planlaşdırır. Bu barədə ölkənin nəqliyyat naziri Nurlan Sauranbayev yerli mediaya məlumat verib.
Crossmedia.az bu barədə Qazaxıstan mediasına istinadən xəbər verir.
Nazirin sözlərinə görə, hazırda Kurık limanında “Sarja” adlı çoxfunksiyalı terminalın tikintisi davam edir. Bununla paralel olaraq limanlara gedən dəmir yolu xəttinin buraxılış qabiliyyətinin artırılması istiqamətində iş aparılır.
Layihələrin icrası nəticəsində Aktau və Kurık limanlarının ümumi yükaşırma gücünün 30 milyon tona çatdırılması hədəflənir.
Günel Verdiyeva
13:40 25.11.2025
Oxunuş sayı: 1163