Peskov: ABŞ-ın sülh planı ətrafında yaranmış vəziyyət “informasiya vəhşiliyidir”
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın hazırladığı sülh planı ilə bağlı gedən müzakirələri “informasiya vəhşiliyi” adlandırıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, İstanbulda keçirilən danışıqları Kiyev dayandırıb. O bildirib ki, hazırda proses Ukrayna və ABŞ nümayəndələri arasında davam etdirilir.
Kreml rəsmisi Rusiyanın öz məqsədlərinə diplomatik yollarla nail olmaqda maraqlı olduğunu və danışıqlara açıq qaldığını vurğulayıb.
Pərvin Hacıyeva
13:25 25.11.2025
Oxunuş sayı: 1073