Rusiya məktəbləri miqrant uşaqların qeydiyyatını polisə göndərəcək
Rusiya məktəbləri 2026-cı ilin yanvarından etibarən miqrant uşaqların məktəbə qəbulu və ya qəbul edilməməsi barədə məlumatları birbaşa polisə göndərəcək. Bu qərarın məqsədi məktəblərdə qeydiyyatda olmayan miqrant uşaqları izləmək və onların təhsil almasını təmin etməkdir.
Crossmedia.az bildirir ki, yeni sistem üzrə məktəblər hər bir miqrant uşağın təhsil vəziyyəti haqqında məlumatları Daxili İşlər Nazirliyinə təqdim edəcəklər.
Bu monitorinq sayəsində uşaqların məktəb sisteminə daxil olmayanları müəyyən etmək və onların təhsil hüquqlarını qorumaq planlaşdırılır.
13:18 25.11.2025
Oxunuş sayı: 1055