“16 min il işləməli olardı” – ChatGPT Koçaryanın sərvətini belə hesabladı
Ermənistanın Baş naziri Nikol Paşinyanın aparat rəhbərinin müavini Taron Çaxoyan ChatGPT ilə apardığı söhbəti paylaşıb. Belə ki, o, keçmiş prezident Robert Koçaryanın sərvətini toplamaq üçün nə qədər işləməli olduğunu öyrənmək istəyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Süni intellektin hesablamalarına görə, Koçaryanın belə bir sərvət yığması üçün təxminən 16 min il işləməsi lazım olardı.
Taron Çaxoyan Facebook-da yazıb ki, ChatGPT-nin verdiyi bu “məlumat” sadəcə sadə bir hesablamadır. O, həmçinin qeyd edib:
“Roba görə ədalətli olmaq lazımdır – 16 min il üçün belə vəziyyətdə qalmaq heç də pis deyil.
Fatimə Məmmədova
12:55 25.11.2025
Oxunuş sayı: 1661