Bu klub 24 ildən sonra Özbəkistan çempionu oldu
Fərqanə şəhərini təmsil edən “Neftçi” futbol klubu 24 illik fasilədən sonra Özbəkistan Premyer Liqasının çempionu olub.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, klubun baş məşqçisi, tacikistanlı mütəxəssis Vitali Levçenko uğura görə üçotaqlı mənzillə mükafatlandırılıb. Komandanın futbolçularına isə avtomobillər və birotaqlı mənzillər təqdim edilib.
“Neftçi” Fərqanə komandasına qazandıqları çempionluğa görə təbriklər ünvanlanıb.
Pərvin Hacıyeva
12:50 25.11.2025
Oxunuş sayı: 1217