İranda qaz balonu partlayıb: 8 nəfər ölüb, 3 nəfər xəsarət alıb
İranın Yəzd əyalətinin Meybud şəhərində, Februye rayonunda mənzildə qaz balonunun partlaması nəticəsində səkkiz nəfər ölüb, üç nəfər xəsarət alıb.
Crossmedia.az-ın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə Yəzd əyaləti Fövqəladə Hallar İdarəsinin rəisi Seyid Məhəmməd Cavad Mircəlili açıqlama verib.
Rəisin sözlərinə görə, xəsarət alan şəxslər dərhal xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, hadisəyə səbəb qaz balonundan sızma olub.
Nəzrin Abbas
10:41 25.11.2025
Oxunuş sayı: 1204