Yeni Zelandiya 2,5 milyon pişiyi məhv edəcək
Yeni Zelandiyada 2050-ci ilə qədər vəhşi pişikləri tamamilə məhv etmək qərara alınıb və onlar ölkənin yox edilməli olan yırtıcılar siyahısına daxil edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Zelandiyanın təbiəti mühafizə naziri Tama Potaka bildirib.
Nazirin sözlərinə görə, hökumətin vəhşi pişiklərin məhv edilməsi üçün nəzərdən keçirdiyi variantlar arasında zəhərli “kolbasa” tipli yemlər və heyvan yanından keçərkən ağacdakı qurğudan səpələnən xüsusi növ zəhər də var.
Hazırda bəzi bölgələrdə vəhşi pişiklərin məhvi aparılır, lakin indi onların kökünün tam kəsilməsi üçün genişmiqyaslı proqramlar tətbiq olunacaq.
Hazırda ölkədə 2,5 milyondan çox vəhşi pişik olduğu bildirilir.
Türkanə Məşədiyeva
10:14 25.11.2025
Oxunuş sayı: 1262