Ukrayna Rusiyanın Taqanroq şəhərinə hücum edib
Ukrayna Rusiyanın Taqanroq şəhərinə hücum edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Ukraynanın Rusiyanın Taqanroq şəhərinə endirdiyi hücum nəticəsində iki çoxmənzilli yaşayış binası, Mexanika Kollecinin binası, iki sənaye müəssisəsi və bir uşaq bağçası zərər görüb. Hadisə nəticəsində üç nəfər həlak olub, səkkiz nəfər isə yaralanıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
09:32 25.11.2025
Oxunuş sayı: 1360