Azərbaycan “Multicultural Fusion” festivalında təmsil olunub
Kanadanın Yeni Şotlandiya əyalətinin Pictou şəhərində keçirilən “Multicultural Fusion” (“Multikultural birləşmə”) festivalında Azərbaycan təmsil olunub.
Crossmedia.az xəbər verir ki, Kanadada yaşayan soydaşımız, diasporumuzun fəalı Müşfiqə Quliyeva ölkəmizin zəngin mədəni irsi, adət-ənənələri və milli mətbəxi barədə iştirakçılara ətraflı məlumat verib.
Azərbaycan stendinə yaxınlaşan ziyarətçilər mədəniyyətimiz haqqında dolğun məlumatları heyranlıqla dinləyiblər, mətbəximizin ləziz təamlarını dadmaq imkanı əldə ediblər.
Müxtəlif ölkələrin mədəniyyətlərini tanıdan festivalda Azərbaycanın zəngin mədəni irsi maraqla qarşılanıb.


03:30 25.11.2025
Oxunuş sayı: 1299