Trampın sülh planı Cenevrə danışıqlarından sonra ixtisar edildi
Cenevrədə keçirilən danışıqlardan sonra ABŞ-ın prezidenti Donald Trampın sülh planı 28 maddədən 19 maddəyə endirilib.
Crossmedia.az xəbər verir ki,məlumatlara görə, planın məzmununda müəyyən dəyişikliklər edilsə də, mənbələr hansı bəndlərin çıxarıldığı və ya dəyişdirildiyi barədə dəqiq məlumat verməyiblər. Bununla belə, ixtisarların danışıqlarda tərəflərin mövqelərini yaxınlaşdırmaq məqsədi daşıdığı bildirilir.
Hazırda tərəflər yenilənmiş sənəd üzərində müzakirələri davam etdirir və planın yekun variantının yaxın günlərdə təqdim olunacağı gözlənilir.
Nastya Qəniyeva
20:16 24.11.2025
Oxunuş sayı: 1369