Zeydabadi: Hizbullahın qarşısında üç çətin seçim var
İranlı jurnalist və siyasi analitik Əhməd Zeydabadi bildirib ki, Hizbullah Litani çayının şimalında gücünü bərpa etməkdə qərarlıdır və İsrailin məhdudlaşdırıcı siyasətinə qarşı silahlanma cəhdlərini davam etdirir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Zeydabadi qrupun ən kritik dövrünü keçirdiyini, liderlərini itirmək və siyasi dəstəyini əldən vermək riski ilə üzləşdiyini vurğulayıb.
Analitik Hizbullahın qarşısında üç seçim olduğunu qeyd edib: “İsraillə genişmiqyaslı müharibəyə başlamaq, kiçik miqyaslı müharibəyə davam etmək və ya yeni atəşkəs razılaşması ilə tərksilah olmaq”. O əlavə edib ki, hər üç variant qrup üçün yüksək qiymətə başa gələcək.
19:41 24.11.2025
Oxunuş sayı: 1571