Tramp administrasiyası “Müsəlman Qardaşları”nı terror təşkilatı kimi tanımağa hazırlaşır
ABŞ prezidenti Donald Tramp bildirib ki, administrasiya “Müsəlman Qardaşları” hərəkatının xarici terror təşkilatları siyahısına salınması üçün sənədləşmə prosesini yekunlaşdırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Just the News-a açıqlamasında qərarın “mümkün olan ən ciddi səviyyədə” icra olunacağını və məcburi xarakter daşıyacağını vurğulayıb. Onun sözlərinə görə, bu addım zorakılıq və hədə-qorxu ilə bağlı təhlükələrin qarşısının alınmasına yönəlib.
Məlumata əsasən, təşkilatın terror siyahısına daxil edilməsi ABŞ tərəfindən bütün maliyyə axınlarının dayandırılmasına və qrup üzvlərinə ölkəyə giriş qadağasının tətbiq edilməsinə gətirib çıxaracaq.
Qeyd edək ki, “Müsəlman Qardaşları”nın terror təşkilatı kimi tanınması məsələsi ilk dəfə Trampın 2019-cu il prezidentliyi dövründə gündəmə gəlib. Hərəkat isə ittihamları rədd edir və özünü dinc siyasi fəaliyyət göstərən bir qrup kimi təqdim edir.
19:36 24.11.2025
Oxunuş sayı: 1391