Laricani Hizbullah komandirinin öldürülməsini pislədi
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Hizbullahın yüksək rütbəli komandiri Heysəm Əli Təbatəbainin öldürülməsinə münasibət bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Laricani “X” hesabındakı paylaşımında komandirin və onunla birgə həlak olanların “arzu etdikləri şəhadətə qovuşduqlarını” vurğulayıb.
O, həmçinin İsrail baş naziri Binyamin Netanyahunun siyasətinə toxunaraq qeyd edib ki, “Netanyahu avantüralarını davam etdirir və dünya artıq bu saxta rejimlə üzləşməkdən başqa yol qalmadığını anlayır”.
Laricani bildirib ki, bölgədə baş verən hadisələr İsrailin aqressiv siyasətinin nəticəsidir və region ölkələri bu təhdidlərə qarşı birlik nümayiş etdirməlidir.
19:31 24.11.2025
Oxunuş sayı: 1406