Brüssel: “Avrotrionun” sülh planı artıq aktual deyil
Aİ rəsmiləri və diplomatları hesab edirlər ki, Böyük Britaniya, Almaniya və Fransanı əhatə edən “Avrotrionun” təqdim etdiyi sülh planı köhnəlib və danışıqların hazırkı dinamikasına cavab vermir.
Crossmedia.az Politico-ya istinadən xəbər verir ki, Avropa tərəfi sənədin prosesdən geri qaldığını və artıq Vaşinqton, Kiyev və Moskva arasında aparılan əsas müzakirələrdən kənarda qaldığını etiraf edib.
Xatırladaq ki, ABŞ senatoru Marko Rubio bir gün əvvəl Avropadan heç bir real əks-təklif görmədiyini bildirmişdi. Brüsselin son açıqlaması da Avropa planının hazırkı masa üzərində önəmli rol oynamadığını təsdiqləyir.
Aİ rəsmilərinin sözlərinə görə, mövcud vəziyyətdə diplomatik proses daha çox ABŞ və Ukrayna arasında koordinasiya edilən təşəbbüslərə söykənir və Avropa layihəsinin yenilənməsi zəruri görünür.
19:13 24.11.2025
Oxunuş sayı: 1445