Sabah bəzi magistral yollarda görmə məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bununla bağlı məlumat yayıb.
Məlumata görə, noyabrın 24-də gecə və səhər ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
15:59 23.11.2025
Oxunuş sayı: 2962