Azərbaycanın Zəfəri Fransada qeyd edilib
Fransada fəaliyyət göstərən Tuluz Azərbaycan Evində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Fransada yaşayan Azərbaycan icmasının, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycana dost münasibətdə olan xalqların təmsilçiləri iştirak edib.
8 Noyabr – Zəfər Gününün xalqımızın tarixinə qızıl hərflərlə yazıldığı, hamımız üçün qürurverici gün olduğunu vurğulanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin gələcək nəsillər üçün fəxr mənbəyi olduğu qeyd edilib.
20:45 19.11.2025
Oxunuş sayı: 1489