Zəfərimizin beşinci ili Saqarecoda qeyd olunub
Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Gürcüstanın Saqareco rayonunun Qaraçöp mahalında fəaliyyət göstərən “Parlaq gələcək” Tədris Mərkəzində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin rəhbəri Rafael Süleymanov giriş nitqində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı möhtəşəm Zəfərdən danışıb. Bu qələbənin Azərbaycan tarixinin ən şanlı səhifəsi olaraq gələcək nəsillərin xatirəsində əbədi qalacağını diqqətə çatdırıb.
Digər çıxışçılar Azərbaycan dövlətinin hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşadığını qeyd ediblər.
Sonda mərkəzin məzunları vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirib, şagirdlər isə qəhrəmanlıq səhnələri və rəqslərimizi nümayiş etdiriblər.
15:25 19.11.2025
Oxunuş sayı: 1073