Amerika-Azərbaycan Təşkilatları Alyansının növbəti toplantısı keçirilib
ABŞ-nin Nyu York şəhərində Amerika-Azərbaycan Təşkilatları Alyansının (AAAO) növbəti toplantısı keçirilib. Toplantıda Alyansın üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova və Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin əməkdaşı Cavid İsmayılov iştirak edib.
Crossmedia.az xəbər verir ki, görüşdə Alyansın 2024–2025-ci illərdəki fəaliyyəti barədə hesabat təqdim olunub, təşkilatın struktur və idarəetmə məsələləri müzakirə edilib. ABŞ-dəki Azərbaycan diaspor təşkilatları arasında koordinasiyanın və əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin əhəmiyyətinə diqqət çəkilib, eləcə də təşkilatın gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Daha sonra daxili səsvermə yolu ilə yeni üzvlər və rəhbər heyəti seçilərək Alyansın tərkibi formalaşdırılıb. Narqiz Əliyarova prezident, Adika İqbal vitse-prezident, Nigar Şıxsəfiyeva katib, Nurlan Şükürlü isə xəzinədar vəzifəsinə seçiliblər.
Yeni formalaşan idarə heyəti Alyansın fəaliyyətində şəffaflığın, dayanıqlılığın və gənclərin fəal iştirakının artırılmasının əsas prioritetlərdən olacağını vurğulayıb.




20:42 18.11.2025
Oxunuş sayı: 1408