Bərdədə üç yaşlı uşaq quyuya düşərək ölüb
Bərdədə üç yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Mehdili kəndində baş verib.
Kənd sakini 2022-ci il təvəllüdlü A.C. həyətdə yeni qazılmış kanalizasiya quyusuna düşərək ölüb.
Hazırda faktla bağlı araşdırma başlanıb.
20:46 16.11.2025
Oxunuş sayı: 1425