İran vasitəçilərdən mesajlar aldığını təsdiqləyib
İran hökumətinin sözçüsü Fatimə Mühacirani “Əl-Məyadin” telekanalına açıqlamasında bildirib ki, Tehran vasitəçilərdən mesajlar alıb. Onun sözlərinə görə, “düşmənin hər hansı səhvi keçmişdən daha sərt cavabla qarşılanacaq”.
Crossmedia.az-ın məlumatına görə, Mühacirani İranın Rusiya ilə əlaqələri genişləndirməyə çalışdığını və nüvə enerjisi sahəsində əməkdaşlığın davam edəcəyini vurğulayıb. O, İranın BRICS-in üzvləri olan Rusiya və Çinlə münasibətlərini inkişaf etdirdiyini qeyd edib.
Sözçü əlavə edib ki, İran Suriya ilə rəsmi diplomatik münasibətlərə malik olmasa da, bu ölkəni bölgədə “mühüm və əsas tərəf” kimi qəbul edir və qarşılıqlı hörmət əsasında bütün region dövlətləri ilə əlaqələrin genişlənməsini alqışlayır.
12:06 16.11.2025
Oxunuş sayı: 1407