İran XİN: “Diplomatiya 12 günlük müharibənin ilk qurbanı oldu”
Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı “Təcavüzkarlıq Altında Beynəlxalq Hüquq: Hücum və Müdafiə” adlı beynəlxalq konfransda çıxış edərək bildirib ki, İsrailin 13 iyunda ABŞ-nin “əmri və rəhbərliyi ilə” İrana hücum etməsi Tehran–Vaşinqton danışıqlarını faktiki olaraq dayandırıb.
Crossmedia.az xəbər verir ki, beş raund keçirilmiş danışıqların altıncı raundu baş tutmalı idi, lakin hücumla birlikdə diplomatiya “12 günlük müharibənin ilk qurbanı” olub.
Əraqçı dünyada geosiyasi parçalanmaların artdığını, ölkələr arasında siyasi və hərbi yaxınlaşmanın azaldığını, diplomatiyanın getdikcə marjinallaşdığını vurğulayıb.
Nazir Amerikanın yaratdığı “qanunsuz mühitdə” özünümüdafiə üçün ölkələrin daha güclü olmağa məcbur qaldığını deyib.
12:00 16.11.2025
Oxunuş sayı: 1121