Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospekti ilə Adil Ziyadxanov küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, qəza nəticəsində "Chevrolet" markalı avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Maarif Məmmədov və "Opel" markalı avtomobilin sürücüsü Yeganə Əsədova xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.(Report)
20:37 13.11.2025
Oxunuş sayı: 1743