DİN Bakıda diplomatik nömrəli avtomobilin qayda pozmasına münasibət bildirib
Daxili İşlər Nazirliyi (DİN) Bakıda diplomatik nömrəli avtomobilin qayda pozmasına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən Crossmedia.az-a bildirilib ki, yol hərəkəti qaydaları ərazidə hərəkətdə olan bütün nəqliyyat vasitələrinə, istər fiziki şəxslərə, istərsə də diplomatik nümayəndəliklərin xidməti avtomobillərinə istisnasız olaraq şamil olunur.
Məlumata görə, qayda pozuntuları ilə bağlı müvafiq sənədləşmə aparılaraq məlumat aidiyyəti üzrə təqdim olunur.
Qeyd edək ki, sosial şəbəkədə bəzi ölkələrin səfirliklərinə məxsus xidməti avtomobillərin yol hərəkəti qaydalarını pozması ilə bağlı görüntülər yayılıb.
19:18 13.11.2025
Oxunuş sayı: 1645