Sloveniyada Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilib
Sloveniyanın paytaxtı Lyublyana şəhərində Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərin 5 illiyi münasibətilə şəhərin mərkəzində yerləşən rəqəmsal reklam lövhələrində sloven və ingilis dillərində məlumatlar nümayiş etdirilib.
Crossmedia.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilib.
Bu təşəbbüsün məqsədi Azərbaycan xalqının qələbə ruhunu, sülh və birlik mesajını beynəlxalq ictimaiyyətə çatdırmaq, Azərbaycan həqiqətlərini Avropa ictimaiyyətinə tanıtmaq olub.
18:00 12.11.2025
Oxunuş sayı: 1237