Sabah Bakının bəzi qəsəbələrində su kəsiləcək
Sabah nasos stansiyasının kollektorunda aparılacaq yenidənqurma işləri ilə əlaqədar Bakının Sulutəpə, Qobu və Hökməli qəsəbələrinin bəzi hissələrinin su təchizatında fasilə yaranacaq.
Crossmedia.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Məlumata əsasən, sabah saat 08:00-dan axşam saatlarınadək su verilişində məhdudiyyətlər tətbiq ediləcək.
16:41 04.11.2025
Oxunuş sayı: 1697