Bu ərazidə yaşayanların DİQQƏTİNƏ: İki gün su olmayacaq
Bu gecə Bakının Qaradağ rayonunda suyun verilməsində fasilə yaranacaq.
Crossmedia.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar iyunun 2-də gecə saatlarından 04 iyun günorta saatlarına qədər Qaradağın Lökbatan qəsəbəsinə suyun verilməsi dayandırılacaq.
Qurum anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığını bildirir.
14:44 02.06.2026
Oxunuş sayı: 50