ADSEA gücləndirilmiş rejimə keçib
İntensiv yağışlar zamanı ərazilərdə toplanan yağış sularının kənarlaşdırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Crossmedia.az ADSEA-ya istinadən xəbər verir ki, Agentlik və Xidmətin cavabdeh şəxsləri, o cümlədən sukanal idarələrinin əməkdaşkaları müxtəlif ərazilər üzrə yağış sularının kənarlaşdırılması işlərini həyata keçirirlər.
Bakının Suraxanı rayonu Hövsan qəsəbəsi İ.Əhlimanov, Zığ qəsəbəsi İ.Suleymanov küçəsində kanalizasiya xətləri təmizlənir, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev, Yaşar Əliyev, Səbail rayonu, Neftçilər prosoekti ilə Bülbül küçəsinin kəsişməsi, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 3N-li nasosstansiya, Bağırov körpüsü və digər ərazilərdə toplanan yağış suları kənarlaşdırılır.
İşlər intensiv və təxirəsalınmaz şəkildə davam etdirilir.
12:02 17.05.2026
Oxunuş sayı: 59