YUNESKO 15 dekabrı Dünya Türk Dilləri Ailəsi Günü elan edib
3 noyabrda Səmərqənddə keçirilən YUNESKO-nun Baş Konfransının 43-cü sessiyasında 15 dekabr tarixi Dünya Türk Dilləri Ailəsi Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Bu gün hər il beynəlxalq səviyyədə qeyd ediləcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Azərbaycanın YUNESKO üzrə Milli Komissiyasından bildirilib ki, bu tarix təsadüfi seçilməyib — 1893-cü ilin məhz həmin günü danimarkalı alim Vilhelm Tomsen Orxon-Yenisey abidələrini oxumağı bacarıb. Bu yazılar türk dillərinin ortaq köklərini üzə çıxaran ən qədim yazılı abidələr hesab olunur.
Günel Verdiyeva
13:33 03.11.2025
Oxunuş sayı: 1399