Ermənistan Hindistandan Su-30MKI qırıcı təyyarəsi almağa hazırlaşır
Ermənistan Hindistandan 8–12 ədəd modernləşdirilmiş Su-30MKI qırıcı təyyarəsi almağa hazırlaşır. Bu, Hindistanın tarixində ilk dəfə yeni istehsal edilmiş döyüş təyyarələrinin ixracı olacaq.
Crossmedia.az xəbər verir ki, müqavilənin dəyəri 2,5–3 milyard dollar arasında qiymətləndirilir.
Sözügedən müqavilənin dəyəri Ermənistan üçün 2,5–3 milyard dollar təşkil edə bilər. Bu qiymətə erməni pilotlarının təlimi, texniki xidmət və xüsusi silahların inteqrasiyası daxil olacaq.
Hindistanda lisenziya əsasında istehsal olunan modifikasiya olunmuş Su-30MKI qırıcıları Uttam AESA radar sistemi, rəqəmsal kabinə və 200–340 km uçuş məsafəsinə malik Astra MK-2 və MK-3 uzaqmənzilli hava-hava raketlərini tətbiq etmək imkanı ilə təchiz olunacaq.
13:56 03.11.2025
Oxunuş sayı: 1427