Tramp: Maduronun prezidentliyi başa çatmaq üzrədir
Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətdəki günləri sayılıdır. Maduronun prezidentliyi sona yaxınlaşır və ölkədə yeni dövr başlayacaq.
Crossmedia.az xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində səsləndirib.
Jurnalistin “Maduronun prezidentliyi sona çatırmı?” sualına cavab olaraq Tramp “Bəli, elə düşünürəm” deyə cavab verib.
Bundan əvvəl Mayami Herald nəşri yazmışdı ki, Vaşinqton Venesuela ərazisindəki hərbi obyektlərə zərbə endirilməsini təsdiqləyib. Bu məlumatı daha sonra ABŞ administrasiyasındakı mənbə Nyu-York Post qəzetinə də təsdiqləyib.
“Madurosuz dövr başlayır. Azad və rifahlı Venesuelanın sübhü artıq yaxınlaşır. Cəmi bir neçə günə onun haqqında keçmiş zamanda danışacaqlar, onun əməllərinə isə tarix qiymət verəcək”, – qəzetin mənbəsi qeyd edib.
Nihat Tahirov
12:26 03.11.2025
Oxunuş sayı: 1381