Netanyahu dərhal əmr verdi: 3 ölkə təhlükədə – İran və Türkiyə…
İsrail hökumətinin Qəzza zolağında yeni hərbi əməliyyat keçirmək qərarı Yaxın Şərqdə gərginliyi təkrar artırıb. Analitiklərin fikrincə, Baş nazir Benyamin Netanyahunun “dərhal və güclü zərbələr” əmri, bölgədə uzun müddətdir davam edən hərbi-siyasi balansı dəyişə və mövcud atəşkəs səylərini ciddi şəkildə sual altına ala bilər.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin təşəbbüsü ilə Qəzzada atəşkəsin əldə olunması və Avropanın Təl-Əvivə sərt tənqidləri fonunda son əməliyyatların beynəlxalq arenada necə qarşılanacağı maraq doğurur. Digər tərəfdən, İsrailin bu addımı regionda güc balansını dəyişə, Misir, İran və Livan kimi ölkələrin təhlükəsizliyinə təhdid yarada bilər.
Netanyahu hökumətinin Qəzzaya hücum əmri bölgədəki ümumi münaqişə balansı və atəşkəs imkanlarına necə təsir göstərə bilər?
Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, İsrailin Qəzza zolağına qarşı yeni hərbi əməliyyat qərarı bölgədə mövcud olan gərginliyi daha da artırır:

“Netanyahu hökumətinin “dərhal və güclü zərbələr” əmri, qısamüddətli dövrdə Təl-Əvivin hərbi üstünlüyünü təmin etsə də, uzunmüddətli sülh və atəşkəs imkanlarını ciddi şəkildə zəiflədir.
Bu addım İsrailin təhlükəsizlik strategiyasının “təzyiq yolu ilə sakitlik” prinsipinə əsaslanır. Yəni HƏMAS və digər silahlı qruplara ağır zərbə endirməklə onları fəaliyyət qabiliyyətindən salmaq niyyəti daşıyır. Lakin təcrübə göstərir ki, hərbi əməliyyatların intensivləşməsi daha çox itkilərə, Qəzzada humanitar böhranın dərinləşməsinə və beynəlxalq təzyiqlərin artmasına səbəb olur.
Belə bir şəraitdə vasitəçilərin, xüsusilə ABŞ, Misir və Qətərin atəşkəsə dair diplomatik səyləri çətinləşir. Təl-Əvivin əməliyyat qərarı həm də bölgədə “etimad böhranı” yaradır, tərəflər bir-birinin öhdəliklərinə inanmadığı üçün sülh danışıqlarından daha da uzaqlaşırlar”.
Ekspertin sözlərinə görə, İsrailin Qəzzaya yeni hücum əmri beynəlxalq diplomatiyada ziddiyyətli reaksiyalar doğurur:
“ABŞ ənənəvi olaraq onun təhlükəsizlik hüququnu dəstəkləyir. Bu dəfə də rəsmi Vaşinqtonun ilkin reaksiyası “İsrailin özünü müdafiə haqqı” kontekstində olub. Lakin Ağ Ev eyni zamanda Təl-Əvivə humanitar dəhlizlərin açılması və mülki itkilərin minimuma endirilməsi tələblərini səsləndirib.
Bu, ABŞ-İsrail münasibətlərində balans axtarışını əks etdirir. Vaşinqton Təl-Əvivin əsas müttəfiqi olaraq qalmaqla yanaşı, bölgədəki sabitliyi qorumağa və ərəb tərəfdaşlarının təzyiqlərini yumşaltmağa çalışır.(Globalinfo.az)
18:02 30.10.2025
Oxunuş sayı: 977